Sistem Necə işləyir

Mətbəxlərə necə üzv olunur?

Mətbəxlərə üzv olmaq üçün ilk öncə, Mətbəxlər.az internet səhifəsinin, mobil tədbiqinin və yaxud, mikro saytının Əsas səhifəsinə və ya internetdən axtarış, reklam kampaniyaları ilə gələbiləcəyiniz Yemək/ Marka axtariş səhifələrinə daxil olmağınız gərəkir. Əsas səhifədən yaxud yemək/marka axtarış səhifələrindən Üzv ol düyməsinə basmaqla, qarşınıza çıxan yeni səhifədə E.Mail vasitəsi ilə üzv ol yaxud, sosial şəbəkələr vasitəsi ilə üzv ol bağlantılarından birinin altındakı formu dolduraraq, Mətbəxlərə üzv ola bilərsiniz.

Mətbəxlərdə yeməkləri necə seçə bilərsiniz ?

Mətbəxlərdə yemək seçimi etmək üçün, Mətbəxlər internet səhifəsi, mikro səhifəsi, yaxud mobil tədbiqlər vasitəsi ilə restoranların menyularını tapa biləcəyiniz Restoran Menyusu yaxud Detallar səhifələrinə girməlisiniz. Bu səhifələrə mətbəxlərin Əsas səhifəsi üzərindən daxil ola bilərsiniz. Restoran Detalları səhifəsində, həmin restorandan sifariş verə biləcəyiniz yeməkləri və digər məhsulları görə bilərsiniz. Yemək seçimi etmək üçün istədiyiniz yeməyin üzərinə basmaqla məhsul detalları pəncərəsini açmalı, sizə uyğun seçimləri edib, Səbətə at düyməsinə basıb, məhsulu səbətə ataraq yemək seçiminizi edə bilərsiniz.

Mətbəxlərdə yemək sifarişi necə verilir ?

Yemək sifarişi vermək üçün ilk öncə, səbətinizə ən azı bir məhsul əlavə etməlisiniz və səbətdəki məhsulların ümumi qiyməti restoranın yerləşdiyiniz rayona uyğun göstərdiyi minimum qiymət səviyyəsi ilə eyni, yaxud çox olmalıdır. Bu iki şərtə əməl etdiyiniz təqdirdə, səbətin altında gördüyünüz Səbəti Təsdiq Et düyməsinə basaraq səbəti təsdiqləyə və göndərmək lazım olan ünvanı seçib, Sifariş Ver düyməsinə basaraq sifarişinizi verə bilərsiniz. Unutmayın! Sifarişə qeyd əlavə et bölümündən restorana şəxsi istəkləriniz üçün qeyd yaza bilərsiniz. Sifarişinizdə səhv olduğu halda Sifariş Xülasəsi səhifəsindən uyğun dəyişiklikləri edə bilərsiniz.