Metbexler Gizlilik Siyasəti

İstifadəçi Müqaviləsi və Məxfilik Siyasəti

  1. Müqavilənin təsdiqi

İstifadəçinin qeydiyyat forması doldurularaq və ya sosial media şəbəkələrindəki üzvlük (Facebook, Twitter, Pinterest və buna bənzərlər) vasitəsilə www.metbexler.com ünvanından və ya bu ünvan üzərindən daxil ola biləcəyiniz veb saytları əhatə edən saytlar üzərindən Metbexler.Com sisteminə üzv ola bilərsiniz. Hər Metbexler.Com istifadəçisi, “Metbexler Elektronik Pazarlama” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:1305348701) ilə ("Metbexler") bağladığı bu İstifadəçi Müqaviləsi və Məxfilik Siyasətinin ("Müqavilə") maddələrinə riayət edəcəyini qəbul edir və öhdəliyinə götürür.

  1. Xidmətlər

Metbexler, Metbexler.com sisteminin istifadəçilərinə internet mühitində, mobil telefonlarda, ağıllı TV sistemlərində və ya oxşar platformalarda inkişaf etdirilən tətbiqlərdən  Metbexler.Com sistemində qeydiyyatda olan və göstərilən restoranlardan, kafelərdən və təchizatçılardan yemək sifarişi vermək imkanı və bununla bağlı başqa xidmətlər təqdim edir.

  1. Metbexler.Com İstifadəçi Sistemi
  • Hər Metbexler.com istifadəçisi, özünün müəyyən etdiyi “istifadəçi adı” və ya e-mail ünvanı ilə “şifrə”yə sahib olur.
  • “İstifadəçi adı” e-mail ünvanlarında olduğu kimi yalnız bir üzvə məxsusdur və həmin istifadəçi adı fərqli üzvlərə verilə bilməz. 
  • Hər bir istifadəçinin Metbexler.Com üzvlüyü tələb edən sistemlərə bağlanmağı üçün istifadəçi adını və ya qeydiyyatda olan e-mail ünvanını və şifrəsini daxil etməlidir. Bu proses Metbexler.Com sisteminə giriş etmək şəklində xarakterizə olunmuşdur. İstifadəçilər, istədikləri təqdirdə müvafiq istifadəçi müqaviləsini təsdiq etmək şərti ilə Metbexler.Com sisteminə daxil olduqları istifadəçi adı və ya e-mail ünvanı və şifrə ilə Metbexler.Com sisteminə daxil olan digər saytlara də giriş edə bilərlər.
  • "Şifrə" yalnız müvafiq istifadəçinin məlumatı daxilindədir. İstifadəçi şifrəsi unudulduğu halda Metbexler.Com, tələbə əsasən istifadəçinin Metbexler.Com sistemində qeydiyyatda olan e-mail ünvanına yeni şifrə yaratmaq üçün bir əlaqə göndərəcək. Şifrənin müəyyən edilməsi və qorunması tamamilə istifadəçinin öz məsuliyyətindədir və Metbexler.Com şifrədən istifadəyə görə yaranan mübahisələrə, problemlərə və ya yarana biləcək zərərlərə (ziyanlara) görə qətiyyən məsuliyyət daşımır.
  • Metbexler e-mail yolu ilə öz istifadəçilərini Metbexler.Com-da qeydiyyatda olan sifarişlərin çatdırılacağı ünvanların olduğu bölgələrdəki və sair şəkildə istifadə edəcəkləri reklamlar ilə Metbexler.Com sistemi daxilindəki yeni xidmət və ya layihələr haqqında xəbərdar edəcək. Həmçinin Metbexler.Com istifadəçilərinə sosial media kanalları daxil olmaq üzrə istifadəçilərin Metbexler.Com sistemi ilə bölüşdükləri hər cür ünsiyyət kanalı vasitəsilə müxtəlif həvəsləndirmə, kampaniya və oxşar məlumatları bölüşə bilər.
  • İstifadəçilərin müəyyən etdikləri Com sistemində qeydiyyatda olan ad, soyad, ata adı, sifarişlərin çatdırılacağı ünvan və əlaqə nömrəsi, sifarişin daha tez və düzgün təslimi məqsədilə sifarişi təslim edən restoran/kafe/təchizatçı/təchizatçı ilə paylaşılacaq.
  • Com, sistemində qeydiyyatda olan ad, soyad, sifarişlərin çatdırılacağı ünvan və əlaqə nömrəsinin sifarişi təslim edən restoran/kafe/təchizatçı/təchizatçı ilə paylaşmasına görə istifadəçi və restoran/kafe/təchizatçı və ya onun işçiləri (nümayəndələri) arasında ortaya çıxa biləcək hər cür mübahisəyə, problemə və ya yarana biləcək zərərə (ziyana) görə Mətbəxlər qətiyyən məsuliyyət daşımır.
  • Metbexler, Metbexler.Com sisteminin istifadə edilməsi ilə bağlı yaranacaq fərdi açıq məlumatlar istisna olmaqla bütün digər məlumatlar (konfidensial məlumatlar daxil olmaqla) üzərində bütün əqli mülkiyyət hüququna malikdir. Metbexler, həmin açıq fərdi məlumatlar və/və ya istifadəçi tərəfindən açıq elan edilmiş konfidensial məlumatlar və digər istifadəçi üzvlük məlumatlar əsasında hesabatlar tərtib edə və ya bu cür məlumatları və hesabatları özü istifadə edə bilər və bu hesabat və/və ya statistikaları biznes tərəfdaşları ilə üçüncü şəxslərlə ödənişli və ya ödənişsiz paylaşa bilər. Bu proseslər Məxfilik Siyasəti maddələri ilə ziddiyyət təşkil etmir.
  • İstifadəçi bu Müqavilə əsasında Com sistemində qeydiyyatda olan (göstərilən) fərdi (açıq/konfidensial) məlumatların Metbexler tərəfindən qeydiyyata alınmasına, toplanmasına, işlənməsinə, ötürülməsinə, o cümlədən həm yerli, həm də beynəlxalq tədqiqat, marketinq, istifadəçilərin razılıq səviyyəsinin qiymətləndirilməsi və digər məqsədlər üçün istifadə edilməsinə və işlənməsinə, həmçinin müsahibələrin və sorğuların aparılmasına icazə verir.
  • Bu Müqavilə ilə İstifadəçi ona aid olan konfidensial fərdi məlumatları açıq elan edərək digər üçüncü şəxslərə bəyan olunmasına, transsərhəd ötürülməsinə və üçüncü şəxslər tərəflərin yuxarıda qeyd edilən məqsədlər üçün istifadə olmasına və işlənməsinə icazə verir.
  • İstifadəçi həmçinin bu Müqavilə və Metbexler.Com sistemindən istifadə ilə bağlı göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi və yüksəldilməsi məqsədilə Metbexlerin zəng mərkəzinə (call center) edilmiş zənglər zamanı danışıqların qeydə alınmasına (danışıqların yazılmasına), onunla əlaqə saxlanılmasına, müsahibələrin və sorğuların aparılmasına, bunların üçüncü şəxslərə bəyan olunmasına, transsərhəd ötürülməsinə və üçüncü şəxslər tərəflərin yuxarıda qeyd edilən məqsədlər üçün istifadə olmasına və işlənməsinə icazə verir.

 

  1. İstifadəçinin hüquqları, öhdəlikləri və istifadə qaydaları

İstifadəçi, Mətbəxlərin xidmətlərindən faydalandığı zaman,

  • İstifadəçinin qeydiyyat formasında yer alan məlumatların düzgün olduğunu və Com-da yaradılmış hər bir İstifadəçi adı üçün yalnız bir ədəd e-mail eyniləşdiriləcəyini, eyniləşdirilən e-mail ünvanının dəyişdirə bilməyəcəklərini, yeni bir e-mail ünvanının ancaq Metbexler.Com üzərində yeni bir istifadəçi yaradılması halında müəyyən ediləcəyini; Bu məlumatların lazım olduğu hallarda informasiyanın xətalı və ya nöqsanlı olmasından (şifrə unutma kimi) yaranacaq özünün və ya üçüncü şəxslərin zərərlərin (ziyanlarına)  görə məsuliyyətin ona aid olduğunu, bu hallarda Metbexler.Com üzvlüyünün ləğv olunacağını qəbul edir;
  • "İstifadəçi adı" və ya qeydiyyatda olan e-mail ünvanı ilə edəcəyi hər cür prosesə görə şəxsən özünün cavabdeh olduğunu qəbul edir;
  • Com-da göstərilən xidmətlərin və proqramların müəlliflik və əqli mülkiyyət hüququnun Mətbəxlərə aid olduğunu, bu proqramları heç bir şəkildə çoxaldıb, paylaşmayacağını qəbul edir;
  • Com xidmətlərindən istifadə etdikdə Metbexler.Com sistemində, internet mühitində, sosial şəbəkələrdə, mobil telefonlarda, ağıllı TV sistemlərində və ya oxşar platformalarda irəli sürdüyü şəxsi fikirlərə, düşüncələrə, ifadələrə, əlavə etdiyi fayllara, göndərdiyi şəxsi məlumatlara görə məsuliyyətin İstifadəçiyə aid olduğunu və restoran/kafe/təchizatçı ilə istifadəçi arasında yarana biləcək münaqişələr, mübahisələr, o cümlədən ancaq bunlarla məhdudlaşmayaraq yaranacaq ziyan və zərərə görə Mətbəxlərin heç bir məsuliyyət daşımadığını qəbul edir;
  • Göstərilən xidmətlərdə bəzi hallarda 18 yaşından yuxarı böyüklərə məxsus məzmunun yer alacağını, bu məzmunun əxlaqa zidd şəkildə görüntülənməsinə görə Mətbəxlərin məsuliyyət daşımayacağını qəbul edir; Bu cür hallar olduqda Mətbəxlərə bildirildiyi halda həmin məzmunun Metbexler.Com sistemindən və restoran/kafe/təchizatçıların menyunalarında çıxarılması üçün dərhal tədbirlər görəcəkdir.
  • Com xidmətlərinin istifadəsi zamanı itən və/və ya əskik verilən, səhv ünvana çatdırılan sifariş, məlumat, mesaj və fayllara görə Metbexlerin/Metbexler.Com-un məsuliyyət daşımadığını qəbul edir;
  • Com-da təqdim olunan xidmətlərə Metbexler.Com tərəfindən müəyyən edilən formadan başqa və/və ya qanunsuz (səlahiyyətsiz) şəkildə əldə etməməyi və təminatı heç bir şəkildə dəyişməməyi, dəyişdirilmiş olduğu bəlli olanları istifadə etməməyi və adı çəkilən qaydalara əməl olunmadığı hallarda Mətbəxlərin məruz qalacağı bütün maddi və mənəvi zərəri ödəməyi qəbul edir;
  • Tütün məmulatları, alkoqollu içkilərin və qanunvericiliklə qadağan olunan digər əmtəələrin satışına və təqdimatına dair qayda və əsaslar haqqında müvafiq qanunvericilik əsasında Metbexler.Com vasitəsilə qəti surətdə tütün məmulatlarının, spirtli içkilərin və və qanunvericiliklə qadağan olunan digər əmtəələrin satışının aparılmadığını, Metbexler.Com vasitəsilə tütün məmulatlarının, spirtli içkilərin və qanunvericiliklə qadağan olunan digər əmtəələri təmin edilməsini tələb etməməyi və restoran/kafe/təchizatçılara bu barədə müraciətlər etməməyi, əks halda Metbexler.Com-da qeydiyyatın ləğvi və hazırki Müqavilənin ləğvi ilə nəticələnəcəyini İstifadəçi qəbul edir;
  • İstifadəçi məlumatlarının səlahiyyətsiz adamlar tərəfindən oxunmasından və ya istifadə edilməsindən yaranacaq zərərlərə (ziyanlara) görə Metbexlerin/Metbexler.Com-un məsuliyyət daşımadığını qəbul edir;
  • İstifadəçi paylaşmalarının üçüncü şəxslər tərəfindən icazəsiz şəkildə istifadə edilməsinə, paylaşılmasına və ya yayımlanmasına görə yarana biləcək zərərlərə (ziyanlara) görə Metbexlerin/Metbexler.Com-un məsuliyyət daşımadığını qəbul edir;
  • Təhdid edici, əxlaqa zidd, irqçi, Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq müqavilələrə zidd, siyasi mesajlar ehtiva edən, 3-cü şəxslərin fikri və əqli mülkiyyət hüquqlarını pozan xüsusiyyətdə olan istifadəçi adı, foto və ləqəbdən istifadə etməməyi; mesaj və ya şərh göndərməməyi qəbul edir;
  • Com mühitənə (sisteminə, şəbəkəsinə) əlavə edilən istifadəçi adları, fotolar, yazışmalar, mövzu başlıqları və ləqəblərin ümumi əxlaq, nəzakət və hüquq qaydalarına uyğun olmasını; Siyasi mesajlar ehtiva etməməsini; Və sözügedən ifadələr, ibarələr, yazışmalar və fotoşəkillər ilə bağlı bütün yayımlama, işləmə və çoxaltma, yayma, təmsil, işarə, səs və/və ya görüntü nəqlinə yarayan vasitələrlə cəmiyyətə ötürmək, üçüncü şəxslərə göndərmək və şəxsi mülkiyyətə hüquqları daxil olmaqla bütün əqli mülkiyyət haqlarının Metbexlerə/Metbexler.Com-a təhvil verildiyini qəbul edir;
  • Digər istifadəçiləri narahat və təhdid etməməyi qəbul edir;
  • Digər istifadəçilərin Metbexler.Com sistemindən istifadə etməsinə mənfi təsir edəcək şəkildə rəftar etməməyi qəbul edir;
  • Com sistemi və ya ona bağlı olaraq inkişaf etdirilən sistem və hərəkətlərində yer alan xidmətləri sui-istifadə etməyəcəyini və bu sistemi istifadə edən digər istifadəçilərin hüquqlarını pozan xarakterdə və ya onlara zərər verən heç bir davranış (hərəkət və ya hərəkətsizlik) etməyəcəyini qəbul edir və sözügedən sui-istifadə nəticəsində Metbexlərin və ya müvafiq istifadəçinin məruz qalacağı bütün zərərlərə (ziyana) görə məsuliyyətin tamamilə özünə aid olduğunu və belə bir pozuntu (sui-istifadə, istismar) müəyyən edilərsə, Metbexlerin bu istifadəçinin müvafiq xidmətdəki hesabını, ya da hesabının istifadəçi adı, profil şəkli və bənzəri hissələrini bağlamaq və ya məhdudiyyət qoymaq və ya Metbexler.Com-da sifarişlərin verilməsini dayandırmaq/sona çatdırma hüququ var;
  • Fiziki və ya Hüquqi şəxslərin adlarını ləkələyən, əxlaqa zidd, yaraşıqsız, yalan, böhtan və ya qanuna zidd material və ya məlumatları dərc etməməyi, çap edib çoxaltmamağı, yaymamağı və bunların pozulması halda bütün məsuliyyətin ona aid olduğunu, bunun nəticəsində Metbexlere dəyən zərəri (ziyanı) tam kompensasiya edəcəyini qəbul edir;
  • Reklam etməməyi, hər hansı bir mal və ya xidmət satmamağı və ya satılmasına qarşı təklif etməməyi, anket, müsabiqə və ya zəncir məktub fəaliyyətlərində olmamağı qəbul edir;
  • Digər istifadəçilərin kompüterindəki məlumatlara və ya təminat proqramına zərər verəcək məlumat və ya proqramlar göndərməməyi qəbul edir;
  • Com xidmətlərindən istifadə edərək əldə edilən hər hansı bir qeyd və ya əldə edilmiş materialların tamamilə istifadəçinin razılığı daxilində olduğunu, öz kompüterində yaradacağı zədələr, məlumat itkisi və digər itkilərin məsuliyyətinin tamamilə özünə aid olduğunu, Metbexler.Com sisteminin tətbiqinə görə İstifadəçiyə vuracağı zərərlə  (ziyanla) bağlı  Metbexlerdən/Metbexler.Com-dan təzminat tələb etməməyi qəbul edir;
  • Metbexlerdən/Metbexler.Com-dan icazə almadan Metbexlerin/Metbexler.Com-un xidmətlərindən kommersiya və ya reklam məqsədilə istifadə etməməyi qəbul edir;
  • Metbexlerin/Metbexler.Com-un, istədiyi vaxt və ya davamlı olaraq bütün sistemi izləyə biləcəyini qəbul edir;
  • Bu Müqaviləyə və Qaydalara zidd davrandığı təqdirdə Metbexlerin/Metbexler.Com-un lazımi müdaxilələr etmək və istifadəçini xidmətdən kənara çıxarmaq və üzvlüyünə son vermək hüququna malik olduğunu qəbul edir;
  • Metbexlerin, öz sistemindən kommersiya məqsədilə istifadə edə biləcəyini qəbul edir;
  • Qanunlara görə çatdırılması qadağa olan məlumatları əldə etməməyi və zəncir poçt (chain mail), təminat proqramı virusu (və s) kimi göndərilmə səlahiyyəti olmayan məlumatları paylaşmamağı qəbul edir;
  • Başqalarına məxsus şəxsi məlumatları qeyd etməməyi, yaymamağı, sui-istifadə etməməyi qəbul edir;
  • com vasitəsilə sifarişlər verilən zaman göstərilən ödəmə usullarından birini seçməyi və ödəniş aparmağa qəbul edir;
  • Com sistemində çərəz (cookie/təyin etmə məlumatları) istifadə edildiyini, çərəzlərin internet saytının istifadəçinin kompüterində sabit diskdə çərəz dosyesinə ötürdüyü məlumat parçaları olduğunu, bunların istifadəçilərin Metbexler.Com-da gəzməsinə imkan verdiyini və lazım olduqda sayta daxil olan istifadəçilərin ehtiyaclarına uyğun tərkiblərin hazırlanmasına yardımçı olduğunu bəyan edir, öhdəliyinə götürür və qəbul edir.
  1. Metbexlerə/Metbexler.Com-a verilən səlahiyyətlər
  • Mətbəxlər istənilən zaman Metbexler.Com-un və/və ya sistemin işləməsini keçici bir müddət təxirə sala və ya tamamilə dayandıra bilər.
  • Metbexler/Metbexler.Com təhlükəsizliyi şübhə doğuran istifadəçi əməliyyatları ilə bağlı müvafiq istifadəçilərin nağd ödənişlərdən başqa alternativ ödəniş üsullarından istifadə etmək imkanını keçici bir müddət təxirə sala və ya tamamilə dayandıra bilər.
  • Sistemin nağd ödənişlərdən başqa alternativ ödəniş üsullarından istifadəsinin müvəqqəti bir müddət təxirə salınması və ya tamamilə dayandırılmasına görə Metbexlerin/Metbexler.Com-un istifadəçilər və ya üçüncü şəxslər qarşı heç bir məsuliyyəti olmayacaq.
  • İstifadəçi adı və ya e-poçt və şifrə Metbexler.Com tərəfindən təqdim olunan müraciət sahələrinin doldurulmasından sonra görüntülənəkcək və təsdiq olunacaq. Metbexler.Com istifadəçi qeydiyyat formunu səhvsiz doldurmuş üzvlərin və ya Metbexler.Com sisteminə daxil olan istifadəçilərin yeni bir şifrəyə malik olmalarını və ya şifrələrini istifadə etmələrini müddətsiz olaraq əngəlləyə bilər.
  • Metbexler, xidmətlərinin vaxtında, təhlükəsiz və səhvsiz olaraq təqdim edilməsi, xidmət istismarından əldə edilən nəticələrin doğru və etibarlı olması, xidmət keyfiyyətinin gözləntilərə cavab verməsi üçün lazımi qayğını göstərəcək, ancaq bunları öhdəliyinə götürmür.
  • Metbexler/Metbexler.Com istifadəçilərin sistemdən istifadə etmələri əsnasında mühitdəki faylların, mesajların bəzilərini və ya hamısını uyğun görəcəyi periodlarla ehtiyatlamaq (toplamaq) və silmə səlahiyyətinə malikdir. Ehtiyatlamaq (toplamaq) və silmə əməliyyatlarına görə Metbexler/Metbexler.Com məsuliyyət daşımır.
  • Mətbəxlər, özünün istehsal etdiyi (hazırladığı) və/və ya xaricdən aldığı məlumat, sənəd, təminat proqramı, dizayn, qrafik və s. əsərlərin əmlak və əqli mülkiyyətdən irəli gələn müəllif hüquqlarına malikdir.
  • Com sistemi vasitəsilə satışlar, restoran/kafe/təchizatçı menyularının sifariş anındakı mövcudluğu ilə məhduddur. Restoran/kafe/təchizatçılar sifarişə müvafiq restoran/kafe/təchizatçıda olmayan məhsulların istifadəçiyə təslimini təmin etməyə bilər. Məhsulların Metbexler.Com sistemində göstərilməsi (yer alması) onların ehtiyatda/satışda olduğu mənasına gəlmir.
  • Mətbəxlər.Com istifadəçilərinin hazırladığı (istehsal etdiyi) və dərc olunmaq üçün öz iradəsilə sistemə yüklədiyi (məsələn istifadəçi şəkilləri, lövhəyə əlavə etdiyi mesaj, poeziya, məlumat, fayl kimi) məlumat, sənəd, roqram təminatı, dizayn, qrafik və s. əsərlərin hər cür yazılı və vizual məcrada dərc olunma, işləmə, sosial media şəbəkələrində paylaşma və/və ya Metbexler.Com sistemi içində Metbexler tərəfindən müvafiq görüləcək başqa bir ünvana daşıma və ya sistemdən/internet saytından silmək/qaldırmaq hüquqlarına malikdir. Nəşr olunan bu məlumatların başqa istifadəçilər tərəfindən klonlaşdırılması, işlənməsi və /və ya dərc etməsi ehtimal daxilindədir. Bu hallarda istifadəçi, Metbexlerdə/Metbexler.Com-dan heç bir müəlliflik haqqı/təzminat tələb etməyəcək.
  • Com sistemində satışa təqdim olunan məhsulların və xidmətlərin qiymət və məhsul tərkib və xüsusiyyət məlumatlarını dəyişdirmə öhdəliyi Metbexler.Com sistemindəki restoran/kafe/təchizatçılara aiddir. Qiymət və məhsul tərkib və xüsusiyyət məlumatlarında səhv yarandığı təqdirdə Metbexler.Com istifadəçiləri məlumatlandıraraq, bu səhvi düzəldəcək şəkildə məhsul təhvil verməsi üçün restoran/kafe/təchizatçıları təlimatlandıra və ya sifarişi ləğv edə bilər.
  • Com sistemində satışa təqdim olunan məhsulların və xidmətlərin tərkibinə dair düzgün və dürüst şərh edilməsinə dair Metbexler.Com lazımi qayğı göstərəcəkdir ancaq restoran/kafe/təchizatçıların sifariş məzmununa dair apardıqları əskik və/və ya xətalı bəyanatlara görə yaranacaq problemlərə, mübahisələrə və ya zərərlərə (ziyanlar) görə Metbexler/Metbexler.Com məsuliyyət daşımır.
  • Metbexler, istifadəçinin Metbexler.Com sistemi xaricindəki veb-saytlarına keçidini verə bilər. Bu halda istifadəçi keçid edəcəyi saytlarla bağlı Metbexler.Com-un məsuliyyət daşımadığını əvvəlcədən qəbul edir.
  • Com istifadəçi üzvlüyü tələb etməyən xidmətləri müəyyən müddətdən sonra üzvlük tələb edən bir hala çevirə, əlavə xidmətlər aça, bəzi xidmətlərini qismən və ya tamamilə dəyişə və ya pullu xidmətə çevirə bilər. Bu halda istifadəçinin Müqaviləni ləğv edərək, üzvlükdən çıxma hüququ vardır.
  • Com, gələcəkdə yaranacaq texniki zərurətlər və qanunvericiliyə uyğunluq məqsədilə istifadəçilərin əleyhinə olmayan bu Müqavilənin tətbiqində dəyişikliklər edə, mövcud maddələrini dəyişə və ya yeni maddələr əlavə edə bilər.
  • com üzv restoranların/kafelərin/təchizatçıların təmin etdiyi məzmunlara, təqdim etdiyi xidmətlərə, sifarişlərin çatdırılmasına, qiymətlərinə və s. görə məsuliyyət daşımır.
  1. İstifadə məqsədi

İstifadəçilər, Metbexler.Com sistemi üzərində verilən bütün sifarişlərin, aparılan bütün mübadilələrin şəxsi istifadə (istehlak) məqsədli olduğunu, bunların təkrar satış və kommersiya məqsədli olmadığını qəbul edirlər.

  1. Ödəniş

Metbexler.Com istifadəçiləri Metbexler.Com sistemindən verdikləri sifarişin (xidmətin) ödənişini, Metbexler.Com sistemində müvafiq restoranın/kafenin/təchizatçının təqdim etdiyi variantlar arasından sifariş verərkən seçdikləri şəkildə birbaşa restorana/kafeyə/təchizatçıya ödəyir.

  1. Şəxsi/Fərdi məlumatlar

İstifadəçi  Metbexler.Com-a üzv olarkən İstifadəçi Müqaviləsini və Məxfilik Siyasəti təsdiq etmək və üzvlükdən sonra Veb-Sayt və Metbexler.Com sistemi içərisindəki hərəkətləri əsnasında, məlumat sahibi Metbexler ilə paylaşdığı ad, soyad, ünsiyyət üçün elektron poçt ünvanı, sifariş ünvan/ünvanları, telefon əlaqə nömrəsi kimi açıq fərdi məlumatların və konfidensial fərdi məlumatları açıq elan edərək fərdi məlumatların ("Fərdi məlumatlar") “Fərdi məlumatlar haqqında Qanun”da müəyyən edilmiş əsaslar çərçivəsində Metbexler tərəfindən qeydiyyata alınmasına, toplanmasına, ötürülməsinə, işlənməsinə, 3-cü şəxslərə və xaricə transsərhəd ötürülməsinə açıq şəkildə razılıq verdiyini qəbul və bəyan edir. Fərdi Məlumatların toplanması, ötürülməsi, işlənməsi, 3-cü şəxslərə və xaricə transsərhəd ötürülməsi İstifadəçi ilə Metbexler arasında yaradılan hüquqi münasibətə əsaslanır. Fərdi məlumatlar Metbexler və Metbexler.Com iştirakları tərəfindən bu müqavilə münasibəti çərçivəsində və Metbexler və onun müqavilə münasibəti olan biznes tərəfdaşları tərəfindən marketinq, analiz, statistika kimi məqsədlərlə işlənə, 3-cü şəxslərə və xaricə transsərhəd ötürülə və ya  istifadə edilə bilər. Bundan əlavə İstifadəçilər Fərdi Məlumatları başqa sifariş məlumatları (sifariş verdikləri restoranlar/kafelər/təchizatçılar, sifariş verilən məhsul tipi, tərkibi, sifariş, ədədi, sifariş saatı, sifariş verilən bölgə kimi Veb Saytı (və ya istifadə edilən analoji mobil və ya elektron məcra) üzərindəki bütün davranışları, sifariş detalları kimi) və digər məlumatlarının ("Məlumatlar") Metbexler və onun biznes tərəfdaşları tərəfindən qeyd edilməsi, işlənməsi və sadalanması,  müsahibələrin və sorğuların aparılmasına və təhlillərdə 3-cü insanlarla xidmətin daha yaxşı təmin olunması və ya müxtəlif əməliyyatların və ya proqramların Metbexler.Com üzərində işləməsi üçün istifadə edilməsinə açıq razılıqlarının olduğunu qəbul və bəyan edirlər.

  1. Hüquqi öhdəliklər

Bu Müqavilə çərçivəsi xaricində baş tutacaq bütün qanunu dəyişikliklərdən irəli gələn proseslər Mətbəxlərin məsuliyyəti xaricindədir və eynilə bu Müqavilədə əks etdirilir.

  1. Sifarişin/məhsulun təhvil verilməsi

Restoran/kafe/təchizatçılar tərəfindən edilən sifariş/məhsul təhvili prosesində istifadəçi, Metbexler.Com sistemində seçdiyi ünvanda olmasa, sifariş başqa bir ünvana çatdırılmayacaq.  Restoran/kafe/təchizatçılar tərəfindən çatdırılan sifarişi/məhsulu təhvil almaqdan imtina etdikdə, həmin sifariş/məhsul yenidən həmin ünvana çatdırılmayacaq. Bu cür hallar 1 (bir) ay ərzində 3 dəfə təkrarlanarsa, istifadəçi Metbexler.Com-da üzvlüyünün ləğv olunacağını və/və ya hazırkı müqavilənin ləğv olunacağını və bunlarla bağlı yaranacaq mübahisələr, ziyana (zərərə) görə Metbexlerin məsuliyyət daşımadığını qəbul edir.

  1. Ödənişin geri qaytarılması

Ödənişin geri qaytarılması sifarişçi ilə restoran/kafe/təchizatçı arasında olan məsələdir və bunlarla bağlı yaranacaq mübahisələr, ziyana (zərərə) görə Metbexler məsuliyyət daşımır.

 

  1. Məlumatların saxlanılması və Sübut Öhdəliyi:

 Metbexler.Com sistemində qeydiyyatda olan istifadəçi məlumatları, sifarişləri, şərh/qiymətləndirmələri və s. Metbexler.Com-un Məxfilik Siyasətinə tabe olacaq şəkildə ən  çoxu 1 (bir) il müddətində saxlanılır. Bu Müqavilənin icrası zamanı yaranan hər cür uyğunsuzluqda Metbexler.Com sistemində saxlanılan məlumatlar və istifadəçi qeydiyyatları bağlayıcı və qəti dəlil təşkil edir.

  1. Tətbiq olunacaq hüquq və səlahiyyətli Məhkəmə

Bu Müqavilə Azərbaycan Respublikası qanunlarına tabedir. Müqavilənin icrasına görə yaranan hər cür mübahisələrin həllində Azərbaycan Respublikası məhkəmələri səlahiyyətlidir.

  1. Qüvvəyə minmə

Bu Müqavilə tərəflər arasında istifadəçinin, istifadəçi qeydiyyat formasına doldurduqdan və formada göstərilən elektron (e-mail) ünvanına gələn məktubu təsdiq etdikdən sonra qüvvəyə minir və müddətsiz olaraq qüvvədədir.

  1. Ləğv

Tərəflər bu Müqaviləni istədikləri vaxt ləğv edə bilər. Müqavilə ləğv edildikdə bu, tərəflərin bir-birləri qarşısında pul borcu öhdəlikləri istisna olmaqla digər öhdəliklərinə xitam verilir.

 

  1. Şəxsi əlaqə məlumatlarınız

Metbexler.Com üzərindən hər hansı bir sifariş vermək üçün, adınızı, soyadınızı, sifarişin çatdırılması üçün fiziki ünvanını (küçə adı, səmt, rayon kimi məlumatları özündə ehtiva edəcək şəkildə), əlaqə nömrəsi və digər real həyatdakı məlumatlarınızı bizimlə paylaşmalısınız.  Məlumatlarınızın üzərində dəyişiklik edə bilər, qeydiyyatdan keçdikdən sonra səhvləri düzəldə bilərsiniz. Əgər bizimlə bölüşdüyünüz detalları izləmək və ya dəyişdirmək istəyirsinizsə, istifadəçi baş səhifəsi olan "Üzvlük Məlumatlarım" linkinə klikləyərək hesab detallarınıza giriş edə bilərsiniz. Lokalizasiyanıza bağlı olaraq birdən çox qeydiyyatlı sifariş çatdırılması üçün ünvanınız ola bilər.  Məlumatlarınızın bir qismi (ad, soyad, sifarişinizin çatdırılacağı ünvanınız və əlaqə nömrəniz) sifariş verdiyiniz restoran/kafe/təchizatçı ilə paylaşılır. Bu məlumatlar eyni zamanda Metbexler.Com-un istifadəsini inkişaf etdirmək, sizinlə ünsiyyət qurmaq, şirkət daxili ehtiyaclar üçün və hüquqi cəhətdən zəruri olduğu hallarda istifadə edilir. Bu məlumatlar, işçilərimizlə və ya üçüncü şəxslərlə sifarişin çatdırılma mərhələlərindən hər hansı birində paylaşıla və ya Metbexler.Com sisteminin istifadəsinin təhlilində və dəstəyində istifadə edilə bilər. İcazəniz olmadan, məxfilik siyasətində göstərilən istifadə sahələri xaricində üçüncü şəxslərlə məlumatlarınız paylaşılmır və ya məlumatlarınızı üçüncü şəxslərə satmırıq.

  1. E-mail ünvanınız

Bir hesab yaratmaq üçün, e-poçt ünvanınız olmalıdır. E-poçt ünvanınız sizinlə onlayn olaraq ünsiyyət qurmaq, sifariş verdiyiniz zaman bu sifarişi qəbul etmək, sifarişinizlə bağlı problem olduqda və ya reklamlar bağlı sizə məlumat vermək üçün istifadə edilir. Əgər e-poçt ünvanınızı dəyişdirmək istəyirsinizsə, istifadəçi baş səhifəsi olan "Üzvlük Məlumatlarım" linkinə klikləyərk hesab detallarınıza giriş edə bilərsiniz. E-poçt ünvanınız olmadığınız halda Metbexler.Com-da qeydiyyatdan keçə və sifariş verə bilməz. Şəxsi məlumatlarınızın bir qismi (ad, soyad, sifarişinizin göndəriləcəyi qeyd olunan ünvanınız və əlaqə nömrəniz) sifariş verdiyiniz restoran/kafe/təchizatçı ilə paylaşılır. Bu məlumatlar eyni zamanda Metbexler.Com-un istifadəsini inkişaf etdirmək, sizinlə ünsiyyət qurmaq, şirkət daxili ehtiyaclar üçün və hüquqi cəhətdən zəruri olduğu hallarda istifadə edilir. Bu məlumatlar, işçilərimizlə və ya üçüncü şəxslərlə sifarişin çatdırılma mərhələlərindən hər hansı birində paylaşıla və ya Metbexler.Com-un istifadəsinin təhlilində və dəstəyində istifadə edilə bilər. İcazəniz olmadan, məxfilik siyasətində göstərilən istifadə sahələri xaricində üçüncü şəxslərlə məlumatlarınız paylaşılmır və ya məlumatlarınızı üçüncü şəxslərə satmırıq.

  1. Sifariş məlumatlarınız

Sifarişlər ilə əlaqədar ödəniş forması, sifarişin detalları, sifarişin məbləği, istifadə olunan endirim kuponları kimi məlumatları toplaya bilərik. Bu məlumatlar  Metbexler.Com-dan istifadəni analiz etmək və inkişaf etdirmək üçün istifadə edilir. Bu məlumatlar, işçilərimizlə və ya müvafiq üçüncü şəxslərlə sifarişinizin çatdırılma mərhələsindən hər hansısa birində paylaşıla bilər və ya vebsaytın istifadəsinin analizində və dəstəyində istifadə oluna bilər.

 

  1. Naviqasiya və klikləmə haqqında məlumatlar

Metbexler.Com-da (Veb Saytında) gəzərkən, gəzdiyiniz səhifələrə və kliklədiyiniz düymə  və əlaqələrə dair naviqasiya və klik məlumatları, baxdığınız səhifələr, bir səhifədə qaldığınız müddət, sifariş vermə müddətiniz kimi məlumatları əldə etmək üçün saxlanılır. Bu məlumatlar sizin kimliyinizi ortaya çıxartmır, ya da birbaşa olaraq öz adınızla əlaqələndirilmir. Bu məlumatlar, Metbexler.Com üzərindən verdiyiniz sifarişlərin başa çatdırılması, təhlil edilməsi və inkişaf etdirilməsi,  Metbexler.Com-dan istifadənin artırılması, hüquqi baxımdan lazım olan hallarda məlumat təmin olunması və Metbexler.Com-a və ya üçüncü şəxslərə aid veb saytlar üzərində diqqətinizi çəkəcək kampaniya, həvəsləndirmə və istiqamətləndirmələr üçün istifadə edilir. Bu məlumatlar, işçilərimiz və ya müvafiq üçüncü şəxslərlə sifarişinin çatdırılma mərhələlərindən hər hansı birində paylaşıla və ya Metbexler.Com-un istifadənin təhlilində və dəstəyində istifadə edilə bilər.

  1. Çərəzlər

Çərəzlər, Metbexler.Com-u ziyarət etdiyiniz vaxt kompüterinizə seçimlərinizi qeyd edən kiçik mətn işləridir. Çərəzlər, alışveriş səbətinizdə hansı məhsulların olduğunu xatırlamaq, Metbexler.Com-a təkrar daxil olduqda saytın sizi tanıması, diqqətinizi çəkəcək elan və reklamların ən çox giriş etdiyiniz səhifələrdə dərc olunması kimi işlərdə sizə ən keyfiyyətli xidməti təmin etmək üçün istifadə edilir. Hər hansı bir şəxsi və ya xüsusi məlumat ehtiva etmirlər. Kompüterinizə ziyan verməzlər. Metbexler.Com vasitəsilə sifariş vermək üçün bu çərəzlərə icazə verməlisiniz. Əgər istəsəniz, daha sonra bu çərəzləri kompüterinizdən silə bilər, ya da blok edə bilərsiniz. Çərəzlər haqqında bilməli olduqlarınız:

  • Kimliyinizi təyin etmək və sayta giriş etdikdən sonra müvafiq əyarları mühafizə etmək üçün çərəzlərdən istifadə edə bilərik.
  • Əksər çərəzlər "sessiya çerezi" dir, yəni siz işinizi bitirdikdən sonra kompüterinizdən silinir.
  • İnternet cihazınız icazə verirsə, çərəzləri qəbul etməyə bilərsiniz.
  • Com üzərində reklam çarxları olan üçüncü şəxslərin çərəzləri ilə qarşılaşa bilərsiniz, ancaq bunlar bizim nəzarətimizdə deyil.